İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda prezident seçkilərində səsvermə başa çatdı: az sonra yeni prezident elan olunacaq

 

Gürcüstanda keçirilən prezident seçkilərində səsvermə rəsmi olaraq başa çatıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili məlumat verib.

Nəticələr tezliklə açıqlanacaq

MSK yaxın zamanda səsləri hesablayacaq və nəticələri elan edəcək. Səsvermədə 300 seçicilər kollegiyasının yarısından çoxunun iştirak etməsi seçkilərin baş tutduğunu təsdiqləyib.

Yeganə namizəd

Prezidentliyə yeganə namizəd keçmiş deputat və futbolçu Mixail Kavelaşvili olub. Onun namizədliyi hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası tərəfindən irəli sürülmüşdü.

Yekun nəticələr yaxın saatlarda açıqlanacaq. Daha çox məlumat üçün Sputnik Gürcüstanın platformalarını izləyə bilərsiniz.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR