Onlayn ictimai-siyasi qəzet
Gürcüstan parlamenti qrantlar haqqında qanuna xaricdən maliyyənin alınmasına ciddi məhdudiyyətlər tətbiq edən düzəlişləri yekun oxunuşda təsdiqləyib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu qanunun qəbulundan sonra belə vəsait yalnız hökumətin və ya səlahiyyətli şəxsin icazəsi ilə əldə edilə bilər. Qanunu pozanlar, alınan qrant məbləğindən iki dəfə çox olan cərimələrlə üzləşəcəklər.
Yeni qaydalara istisnalar müəyyən kateqoriyalar üçün nəzərdə tutulub. Qanun beynəlxalq idman təşkilatlarının qrantlarına, eləcə də Gürcüstandan kənarda orta və ya ali təhsil müəssisələrində təhsil və elmi fəaliyyət üçün fərdi təqaüdlərə şamil edilmir. Bundan əlavə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların qrantların alınmasını koordinasiya etməsinə ehtiyac qalmayacaq.
Bundan əlavə, dəyişikliklər siyasi partiyaların və siyasi ambisiyaları olan şəxslərin xarici strukturların dəstəyi ilə kütləvi tədbirlər keçirməsini qadağan edir. Bu qayda Gürcüstanda siyasi fəaliyyətə kənar təsirləri məhdudlaşdırmağa yönəlib.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ