Onlayn ictimai-siyasi qəzet
Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun layihəsinin təşəbbü ilə çıxış edib. Amnistiya layihəsini “Gürcü arzusu” fraksiyası təqdim edib.
Təşəbbüskarların izahatına görə, amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş cinayət əməllərinə şamil ediləcək və Gürcüstan Cinayət Məcəlləsinin 66 maddəsini əhatə edəcək.
Parlamentin İnsan hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası komitəsinin sədri Rati İonatamişvilinin qeyd etdiyi kimi, amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş bir sıra cinayətlərə şamil ediləcək.
“Amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş bir sıra cinayətləri əhatə edəcək. Bundan əlavə, sadalanan 66 maddədən əlavə, 1/6 azalma əlavə 225 maddəyə təsir edəcək”, deyə İonatamişvili bildirib.
İonatamişvilinin sözlərinə görə, amnistiya adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, seksual cinayətlər, quldurluq, terrorizm, korrupsiya və vəzifə səlahiyyətlərini aşmaq, habelə “oğrular dünyası”, adi cinayətlər, insan alveri və digər ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə şamil edilməyəcək.
“Ayrıca qeyd edək ki, amnistiya şərti məhkum edilmiş şəxslərə xüsusi yanaşma tətbiq edir və sınaq müddətinin bir il azaldılması təxminən 7 min nəfərə şamil olunacaq ki, bu da əvvəlki amnistiya proqramları ilə müqayisədə yenilikdir.
Qanunun qəbulu müddətinə gəlincə, onun növbədənkənar sessiyada birinci oxunuşda qəbul edilməsi planlaşdırılır”, deyə o qeyd edib./Turan
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ