İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan müharibənin üçüncü ildönümü barəsində belə düşünür

"Ukraynada müharibə başlayandan sonra Gürcüstan bu və ya digər formada Rusiya ilə münaqişəyə daxil olması üçün təzyiqlərə məruz qalıb".

Milli.Az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papauşvili Ukraynada müharibənin 3-cü ildönümü münasibətilə sosial şəbəkədə etdiyi paylaşımında bildirib:

"Onillik ərzində davam edən strateji səbir siyasətinə baxmayaraq, birdən-birə hökumətimiz Rusiyaya qarşı aqressiv mövqe tutmağa məcbur edildi. Hətta bu, eskalasiya olacağı təqdirdə heç bir təhlükəsizlik və ya iqtisadi həmrəylik zəmanəti olmadan baş verirdi", - deyə o əlavə edib. Ş.Papuaşvilinin sözlərinə görə, Gürcüstan 300 min qaçqını olmasına baxmayaraq, onminlərlə ukraynalını qəbul edib.

Sədr onu da vurğulayıb ki, qərb Tbilisini Rusiyaya qarşı aqressiv mövqedə dayanmağa məcbur edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR