Onlayn ictimai-siyasi qəzet
Gürcüstan və Ermənistan milli komandaları arasında keçirilən futbol matçından sonra qalmaqallı hadisələr yaşanıb. Gürcü azarkeşlər Ermənistan yığmasının futbolçularını və tribunadakı erməni fanatları butulka və müxtəlif tullantılarla hədəfə alıblar.
Musavat.com xəbər verir ki, oyun Gürcüstan millisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, ötən il Albaniya ilə oyundan sonra baş verən oxşar hadisəyə görə Gürcüstan Futbol Federasiyası on minlərlə avro məbləğində cərimələnmiş və növbəti ev oyununda azarkeşlərin stadiona buraxılmasına qismən qadağa qoyulmuşdu.
İndi isə ictimaiyyət və futbol dairələri Gürcü futbolunda bu cür insidentlərin təkrarlanmaması üçün ciddi tədbirlərin görülməsini tələb edirlər.
Musavat.com
@@TVmusavat/112612@@
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ