İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: Köçəryanın danaboyun edilən oğlu

Bu şəkil bu gün İrəvanda çəkilib. Göründüyü kimi, hökumət qüvvələri etiraz mitinqinə çıxan aksiyaçının qolunu buraraq saxlayıb.

Bu adam sıradan biri deyil, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın iki oğlundan biri olan Levondur. Onun böyük qardaşının adı Sedrakdır. Yəqin ki, o da mitinqdədir.

Levonun 38 yaşı var, 1985-ci ildə Qarabağda, Xankəndidə doğulub. Atası “miatsum” davasına başlayanda Levonun 3 yaşı olub.

Ancaq indi o da meydandadır, guya ki, doğulduğu şəhərin, mahalın taleyinə biganə qalmır.

Əslində isə Levon atasının hökmdarlığının xiffətini çəkir. Bir zamanlar onun atası da, qardaşı da, özü də Ermənistanın ən imkanlı adamları idilər. Amma Paşinyan bu ailəni elə vəziyyətə salıb ki, bir ayaqları həbsxanadadır. Allaha bəndəlik etməyən Köçəryan vaxtaşırı müstəntiqlərə ifadə verir, Levon da küçədə maşında onun binadan çıxacağını gözləyir, vəkillərinə zəng edir.

photo_2023-09-22_13-05-14.jpg (187 KB)

Bu şəkil Paşinyanın hakimiyyətinə qarşı çıxanların həbs edilməsini simvolizə edir. Ermənistanın daxili qoşunlarının əməkdaşları onlara qarşı sərt davranır, çox atılıb-düşənləri danaboyun, bəzən isə itsürütməsi edərək maşına oturdur, təcridxanaya aparırlar.

Beləcə, regionu qana çalxayan “Qarabağ klanı”nın fəalları öz qanlarına qəltan olurlar. Levonun polis maşınına mindirilməsini əks etdirən videogörüntülərdə onun fiziki zərbələr almış olduğu da görünür.

Ermənistandan kənarda, o cümlədən ölkəmizdə Paşinyanın demokrat obrazından danışanlar vardı. Görəsən, onlar bu görüntülərə baxaraq, yenə də öz fikirlərində qalırlarmı?

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR