Onlayn ictimai-siyasi qəzet
Türkiyədə modellik fəaliyyəti ilə məşğul olan Günay Musayeva bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, o, gürcü David Bezhuaşvili ilə fotosunu instaqram səhifəsində yayımlayıb və Davidin doğum günü olduğunu bildirib.
Günay həmin şəkilə “Ad günümüz mübarək” şərhini yazaraq ürək emojilərini qoyub.
David də Günayla bərabər fotolarını sosial şəbəkə hesabında yayımlayıb. Fotolarda ikilinin səmimi pozalar verməsi diqqətdən qaçmayıb.
Qeyd edək ki, bir müddət əvvəl türk mediasında G.Musayevanın ikinci dəfə ailə qurması və modelin sevgilisinin gürcü olduğunu yazmışdı.
Könül İBRAHİM,
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ