İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülyanaq Məmmədovaya Özbəkistanda ev verilib?

Xalq artisti Gülyanaq Məmmədova evində çəkilişə qadağa qoyub.

Müğənni bu haqda "Zaurla Günaydın" verilişində deyib.

O, evinə qonaq gəlmək istəyən aparıcı Zaur Baxşəliyevə "Evimizə qonaq gəlin, amma kamerasız. Keçən dəfə dedi ki, evinizə bizi qoymadın. Mən də deyirəm kamera ilə gəlməyin. Bizim evimizə qonaq çox gəlir. Amma şou-biznesdən gələn yoxdur. Hamı ilə dostuq, amma öz evində. Guya, evdə oluruq ki? Hamı ilə tədbirdə görüşürük. Kim gələrsə, qapımız açıqdır. Kiminsə evinə girəndə heç nəyə baxmıram" sözlərini söyləyib.

G.Məmmədova Özbəkistanda evi olması haqda suallara "Xoşbəxtəm ki, bir çox yerdə sevilirik. O da olar" reaksiyasını verib. 

Qeyd edək ki, G.Məmmədova 2022-ci ildə Özbəkistanın Xalq artisti Fəxri adına layiq görülüb.  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR