Onlayn ictimai-siyasi qəzet
Ukrayna sülh istəyir. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyəti ilə danışıqlardan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkəsi müharibəni bitirmək üçün danışıqlara hazırdır. “Biz sülhə nail olmaq üçün hər şeyi etməyə hazırıq”, - Yermak vurğulayıb.
Kreml Rusiyanın Ukraynada altı aylıq atəşkəsə hazır olması ilə bağlı məlumatlara münasibət bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Qərb mediasında yer alan çoxlu sayda etibarsız məlumatlara diqqət çəkib".
“Hazırda Qərb mediasında çoxlu yanlış məlumatlar, reallığa uyğun gəlməyən çoxlu şayiələr var”, - Kremlin sözçüsü Moskvanın Ukraynada altı aylıq atəşkəsə hazır olması ilə bağlı məlumatları şərh edib.
O, Ukrayna münaqişəsini işıqlandırarkən yalnız rəsmi məlumatlara diqqət yetirməyə çağırıb.
Kreml rəsmisi Ukraynanın Rusiyaya kütləvi dron hücumuna da münasibət bildirib. O qeyd edib ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri yaxşı işləyib, bütün hücumlar dəf edilib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu deputat Elşad Musayevlə gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
12 Mart 2025
11 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ