İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöl və Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Göygöl və Gəncə şəhərlərində baş vermiş qida zəhərlənməsi ilə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına üç mənbədən ümumilikdə 50 nəfər müraciət edib.

Onlardan 38 nəfərə müvafiq yardım göstərildikdən sonra evə buraxılıb. Qalan 12 nəfər hazırda stasionarda müalicə alır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Yaxın saatlarda onların da evə buraxılması nəzərdə tutulub.

Gəncə Səhiyyə şöbəsinin müdirinin verdiyi məlumata görə, ümumilikdə 96 müraciət daxil olub. Mənbə Yas mərasimidir.

Vəziyyətləri ağır olan yoxdur. Müvafiq yardım göstərildikdən sonra hissə-hissə evə buraxılırlar. Hazırda 96 müraciətdən 46 nəfər stasionarda yardım alır. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Təcili yardım briqadaları operativ şəkildə xidmət göstərirlər. Əlavə köməyə ehtiyac olmadığı bildirilir.//Qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR