İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçə və Zəngəzura qayıdışla bağlı SENSASİON AÇIQLAMA - "Sevimli" ermənilər susub (FOTO)

"Azərbaycan və Türkiyə çox həssas geosiyasi mövqeyə malik iki qardaş ölkədir. Hər ikisinin bir-birini qoruyan ortaq strateji addımları bu məsələni günü-gündən asanlaşdırır. Maneələri dəf etmək birgə hərəkətin bütövlüyü ilə aradan qaldırılacaq".

Bunu Musavat.com-a Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı-yazar Dr. Derya Akdemir bildirib.

2pnm0ifcin28c840oo.jpg (78 KB)

O qeyd edib ki, Rusiya və İran regionda siyasi güclərinin getdikcə azaldığının fərqindədirlər:

"Ermənistanın gizli Qərb gücünü təşkil edən qüvvələr, diaspor erməniləri rəsmi İrəvanın öz orbitindən kənarda yeni siyasət yürütməsini istəmirlər. Beləliklə, onlar nə olursa olsun, bütün vasitələri sınayacaqlar. Onlar güc və təzyiq yolu ilə Paşinyan rejiminə Azərbaycanla bağlı məsələləri həll etməyə imkan vermirlər. Bölgədə davamlı sülhün əldə oluna bilməməsi qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasına mane olur. Gələcəkdə hansı qərarın qəbul edilməsindən asılı olmayaraq, beynəlxalq hüquq normalarına görə, Qarabağ bölgəsində yaşayan Azərbaycan vətəndaşına çevriləcək ermənilər necə ki, rəsmi Bakı tərəfindən təmin ediləcək, eyni durum 1988-ci ildə və ondan əvvəl Qərbi Azərbaycandakı evlərindən zorla köçürülən azərbaycanlılara da şamil edilməlidir. Qarabağ müharibəsindən sonra Suriya, Livan və müxtəlif Yaxın Şərq ölkələrindən Ermənistana gətirilərək onlara dərhal vətəndaşlıq verilən insanların qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması mühüm məsələdir. Təbii ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyannamənin maddələrindən biri olan kapitulyasiya mexanizminin Ermənistan tərəfindən bilərəkdən yubadılması bu insanların öz torpaqlarına qayıtmasına əngəl olan süni maneələrdən biridir. Bu maneələrin aradan qaldırılması ilə Göyçə və Zəngəzura geridönüş başlayacaq.

1659686319_zeng.jpg (64 KB)

Azərbaycan illərdir Qarabağla bağlı ümidini itirmədiyi kimi, bu məsələdə də qətiyyətini qorumalıdır. Mən əminəm ki, Azərbaycan bu məsələni öz xeyrinə həll etmək üçün lazım olan mübarizəni davam etdirəcək".  

Derya Akdemir erməni milyarderlərin oyunlarından da danışıb:

"Erməni milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağ vətəndaşlığı aldığını bəyan etməsi, Qarabağda qısa müddət qaldıqdan sonra Fransaya getməsi və yenidən Moskvaya qayıtması bəzi məsələlərə aydınlıq gətirir.

20180208_ruben_vardanyan_60466c0dd8835.jpeg (601 KB)

Bir əsrə yaxındır ki, dünyada qondarma erməni soyqırımı ilə bağlı hay-küy salan, Türkiyə və Azərbaycanı ittiham edən, idarə edildikləri dövlətlərin maraqlarına xidmət edən erməni oliqarxları gizli silah, insan alveri və narkotik qaçaqmalçılığı ilə məşğuldur. Təbii ki, Kanada vətəndaşı olan Livan ermənisi Nubar Afeyan da Ruben Vardanyan kimi bu mütəşəkkil cinayətkar təşkilatın digər üzvüdür. Onlar lazım gələndə olduqları ölkənin bürokratiyasına siyasi və iqtisadi təzyiq mexanizmləri vasitəsilə dünya ictimai rəyində Azərbaycan və Türkiyə ilə bağlı fikirlərə ciddi təsir göstərirlər. Onların Rusiya, Fransa, ABŞ, Argentina kimi ölkələrdə özlərini aktiv qüvvə gözündə göstərərək həmin dövlətlərin kəşfiyyat vasitəsi kimi çıxış etmələri dünyada türklərə qarşı olan fikirlərə ciddi təsir edir. Azərbaycanın 44 günlük savaşda qələbəsindən sonra hadisələrin heç də istədikləri kimi getmədiyini anlayan bu qüvvələr Vardanyanın timsalında olduğu kimi, "erməni xalqının taleyi ilə yaxından maraqlanan", "sevimli", "xeyirxah" olan maşaları ortaya atıblar ki, bu da Azərbaycan və Türkiyənin regionda yaratdığı geosiyasi reallığın necə düzgün işlədiyinin sübutudur. Bu bir faktdır ki, kriminallaşmış erməni oliqarxiyası dünyada müxtəlif güclərin aləti kimi irəli sürülüb və onların bu aqibətdən qurtulması mümkün deyil. Ermənistanın arxasında duran məhz onlardır".

 Nubar-Afeyan.jpg (45 KB)

Araşdırmaçı-yazar Qərbi Azərbaycandan olan köçlər barədə bunları deyib:

"Məlum olduğu kimi, Qərbi Azərbaycandan tarixdə ən böyük köç Azərbaycanla birlikdə Anadoluya olub. Xüsusilə İğdır və Qars bölgələrinə gələn qərbi azərbaycanlı soydaşlarımız bir çox sahələrdə böyük uğurlar qazanıblar, hətta Avropada diasporumuzun formalaşmasına və inkişafına öz töhfələrini veriblər. Türkiyənin paytaxtı Ankarada yarandığımız gündən etibarən iştirak etdiyimiz bütün toplantılarda Qərbi Azərbaycanın problemlərini akademik səviyyədə dilə gətirmişik. Türkiyənin müxtəlif vilayətlərinə səpələnmiş soydaşlarımızın koordinasiyası, onların sayının müəyyənləşdirilməsi və gələcək üçün yol xəritəsi ilə bağlı məsləhətləşmələr aparmışıq.

derya-akdemir-azc999rbaycanin-raziligi-olmasa-rusiyanin-850x560.jpg (57 KB)

Xüsusilə həmin ailələrdə tapılan tarixi sənədlər, şəkillər, qeydə alınmış video yazılar Qərbi Azərbaycan İcmasının Ankara təmsilçilərinin könüllüləri tərəfindən yaradılmış sənədlər arasındadır. Bu işlər bu gün də davam edir və bu, keçmişi itirməmək, soydaşlarımızla əlaqələrimizi gücləndirmək baxımından çox vacibdir. Eyni zamanda Türkiyənin mühüm media orqanlarında məsələnin həssaslığını, zəruriliyini dilə gətirməklə Türkiyə ictimaiyyətini məlumatlandırmaqla ötən ildən etibarən işimizi başqa bir ölçüyə daşımışıq. Ankarada nəşr olunacaq "İrəvan" adlı dərgi indiki Ermənistandakı mədəni keçmişimiz, tarixi və gələcək bağlarımız haqqında lazımi məlumatları çatdırmaq məqsədi daşıyır. Müəllifi olduğum "Qaçaqaç" hekayələri silsiləsinin ikinci kitabı olan "İtirilmiş həyatlar İrəvan" tezliklə oxucuları ilə görüşəcək. Qərbi Azərbaycan İcmasının Ankara təmsilçiləri olaraq gec ya da tez həqiqətin parlayacağına əminik".    

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR