İnsanlara hürriyət, millətlərə istiqlal!

Görünüşünü bəyənməyən qadın evini satıb pulu ilə estetik əməliyyat etdirib - FOTO

Amerikalı Kelly Beasley 48 yaşına çatanda özünü bəyənməməyə başlayıb və evini sataraq estetik əməliyyatlar etdirib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə hər şeyi öz “TikTok” hesabında yayımlayıb.

Kelly bildirib ki, üzündəki cizgilər və sallanmalar onu narahat edirmiş.

O, zahiri görünüşünü yaxşılaşdırmaq üçün vaxtaşırı makiyajdan istifadə etsə də, sonrakı videolarında bunun da kömək etmədiyini söyləyib.

ABŞ-də estetik prosedurların qiyməti baha olduğundan qadın Meksikaya üz tutub.

Təxminən 4 saat çəkən əməliyyatdan sonra Kelly yeni görünüşünə qovuşub. O, indi özünü çox xoşbəxt hiss etdiyini, bu addımı atmaqdan peşmanlıq duymadığını və görünüşünü bəyəndiyini açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR