İnsanlara hürriyət, millətlərə istiqlal!

Göbələkləri belə saxlayın - Aylarla təzə qalacaq

Sağlamlığa bir çox faydası olan göbələklər, təəssüf ki, saxlama müddəti qısa olan qida növləri arasındadır.

İnsanların çoxunun zövq aldığı dadlı və sağlam qidalar arasında, şübhəsiz ki, ilk yeri göbələk tutur.

İstər tək bişirildikdə, istərsə də yeməyə əlavə olunduqda dadlı olan göbələklər faydalı qidalar sırasında olsa da, saxlama müddəti qısa olduğu üçün qısa zamanda xarab olur.

Əgər göbələklərin qısa müddətdə xarab olmasından narahatsınızsa, saxlama müddətini uzatmaq üçün onları dondurun.

Göbələkləri donduraraq saxlamaq üçün əvvəlcə tavada bişənə qədər qızardın. Soyuyana qədər gözləyin, sonra göbələkləri düzün və bir-iki saat dondurucuya qoyun.

Göbələklər tamamilə dondurulduqdan sonra onları uyğun bir qaba qoyun və dərin dondurucuya yerləşdirin. Bu üsulla göbələklərinizi istədiyiniz zaman dondurucudan çıxarıb ilk günkü kimi təzə yeyə bilərsiniz. (Bakupost.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR