İnsanlara hürriyət, millətlərə istiqlal!

General Şirinovun cəzası azaldıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinovun kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda qərar elan edilib.

Məhkəmə generalla bağlı sonuncu qərarı dəyişib. Qərara əsasən, onun cəzası 6 ildən 4 il 6 aya endirilib.

Qeyd edək ki, N.Şirinov mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Apellyasiya Məhkəməsinin qərarı ilə yekun olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR