Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna heyətləri arasında dolayı danışıqlar təşkil ediləcək
ABŞ prezidenti Co Baydenin xüsusi nümayəndəsi Kit Kelloqun verdiyi məlumata görə, Vaşinqton Rusiya və Ukrayna arasında dolayı danışıqlar təşkil edəcək.
Musavat.com xəbər verir ki, o, ABC News kanalına verdiyi müsahibədə bildirib ki, bu format “çevik diplomatiya” üsuluna bənzəyir.
Kelloqun sözlərinə görə, Səudiyyə Ərəbistanında baş tutacaq görüşdə Rusiya və Ukrayna nümayəndələri ayrı-ayrı otaqlarda yerləşdiriləcək və ABŞ vasitəçilik edərək onların mövqelərini öyrənəcək.
Danışıqlarda ABŞ-ı üç yüksək rütbəli rəsmi təmsil edəcək:
Milli təhlükəsizlik üzrə müşavirin komandası – Maykl Uolts,
Dövlət katibi – Marko Rubio,
ABŞ-ın siyasi planlaşdırma direktoru – Maykl Anton (keçmiş məşhur nitq yazarı).
Musavat.com
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ