Onlayn ictimai-siyasi qəzet
Gəncədə qadın paltarı geyinib marketlərə girən şəxs vətəndaşlar tərəfindən tutulub.
Həmin şəxsin məktəbdən, parkdan uşaqları oğurlayıb apardığı iddia olunur.
Bu hadisə Gəncə şəhərində sakinlər arasında təhlükəsizliklə bağlı narahatlıq yaradıb. Şəhər sakinlərinin məlumatına görə, həmin şəxs qadın paltarı geyinərək özünü başqa cinsdən biri kimi təqdim edib, bu üsulla diqqəti özündən yayındıraraq qurbanlarını asanlıqla seçib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Milli.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, həmin şəxsin psixoloji problemləri var.
"Hazırda disponserdədir. Dedikləri isə həqiqəti əks etdirmir"./Milli.az/
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ