Onlayn ictimai-siyasi qəzet
Keniyada bir qadının 8 aylıq körpəsini dənizə atdığı iddiası ilə saxlanıldığı bildirilib.
Musavat.com xəbər verir ki, körpənin ətrafdakılar tərəfindən xilas edildiyi və müalicə olunduğu bildirilib.
"Citizen" televiziyasının məlumatına görə, dünən Mombasada limanda gözləyən bərədə olan qadının 8 aylıq körpəsini dənizə atıb.
Körpə ətrafdakılar tərəfindən xilas edilərkən çəkilən və sosial mediada yayılan görüntülərdən sonra hadisə ilə bağlı araşdırma başladılıb. Hadisə şahidlərinin qadının körpəni qəsdən dənizə atdığını iddia etməsindən sonra polislər tərəfindən saxlanılan qadın nəzarətə götürülüb.
Müalicə altında olan körpənin vəziyyətinin yaxşı olduğu bildirilib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ