Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 38 milyard 578,1 milyon manat, xərclərinin isə 41 milyard 956,8 milyon manat olacağı gözlənilir.
Musavat.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 10,4 % az və 1,7 % çoxdur.
Son nəticədə icmal büdcədə 3 milyard 378,7 milyon manat kəsir yaranmalıdır. Xatırladaq ki, builki proqnoz 1 milyard 790,3 milyon manatdır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ