Onlayn ictimai-siyasi qəzet
Münhen Texniki Universitetinin mütəxəssisləri bildirib ki, Yerin öz oxu ətrafında dövretmə sürəti tədricən azalır.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hesablamalara görə, təxminən 200 milyon ildən sonra bir gün 25 saat olacaq.
Məlumata görə, proses eyni yavaşlama dərəcəsi ilə davam edir.
Mütəxəssislər iddia edirlər ki, 200 milyon il əvvəl (dinozavrlar dövründə) bir gün cəmi 23 saat, 1,4 milyard il əvvəl isə 18 saat 41 dəqiqə davam edib.
Musavat.com
20 Iyul 2025
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ