İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 xarici işlər nazirlərinin görüşündə İLGİNC MƏQAM

G7 ölkələrinin xarici işlər nazirləri arasında Ukraynanın ərazi bütövlüyü, təhlükəsizlik təminatları və Rusiyaya qarşı mümkün yeni sanksiyalarla bağlı fikir ayrılıqları yaşanıb.

Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, tərəflər Rusiya-Ukrayna müharibəsi üzrə ciddi mübahisələr ediblər.

Bununla yanaşı, prezident Donald Trampın tarif siyasəti və Rusiyaya qarşı daha yumşaq mövqeyi G7 ölkələri arasında gərginliyə səbəb olub.

Diplomatlar gecə saatlarınadək çalışmalı olublar, bu isə adətən əksər məsələlərdə razılaşmanın əldə olunduğu toplantılar üçün nadir haldır. Nəhayət, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Aİ nazirləri mövqelərini yaxınlaşdıra biliblər.

G7 diplomatları ABŞ-ın dövlət katibi Marko Rubionun bu prosesdə mühüm rol oynadığını vurğulayıblar. Onlardan biri onu “yaxşı adam” adlandırıb.

Dörd diplomata görə, Rubio Çin və Yaxın Şərq məsələlərində ABŞ administrasiyasının əsas mövqelərini qətiyyətlə müdafiə edib, lakin digər məsələlərdə çeviklik nümayiş etdirərək müttəfiqlərin xüsusilə Ukrayna ilə bağlı baxışlarını diqqətlə dinləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

BÜTÜN XƏBƏRLƏR