Onlayn ictimai-siyasi qəzet
Yeddilik Qrupunun (G7) bütün ölkələri Ukraynaya ediləcək 50 milyard dollarlıq yardıma qatılacaq.
Musavat.com Reutersə istinadən xəbər verir ki, bunu İtaliyada keçirilən G7 sammiti çərçivəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
Onun sözlərinə görə, Qərb dövlətləri bu yardımı Rusiyanın dondurulmuş aktivlərindən əldə etdikləri gəlirlə kompensasiya etmək niyyətindədirlər:
"Bütün G7 ölkələri bu kreditə öz töhfəsini verir. Bu, Rusiyanın Avropadakı immobilizasiya edilmiş aktivlərindən gözlənilməz gəlirlər hesabına qarşılanacaq". Lyayen bildirib ki, "maliyyə nazirləri indi detalları müzakirə edirlər".
Qeyd edək ki, bundan əvvəl “Yeddilik” ölkələrinin liderləri 2024-cü ilin sonuna qədər Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlir hesabına Ukraynaya 50 milyard dollar ayırmaq barədə razılığa gəliblər.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ