İnsanlara hürriyət, millətlərə istiqlal!

Fuad Nəcəfli Şərurda - problemlər həll olunacaq

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Şərur rayonunda olub, sakinlərlə görüşüb.

Musavat.com-un APA-ya istinadən xəbərinə görə, əvvəlcə Şərur şəhərindəki şəhidlər abidəsi və Ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib.

Səlahiyyətli nümayəndə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.

Görüş zamanı sakinlərin müraciətləri, problemləri dinlənilib. Qeyd edilib ki, sakinlərin üzləşdiyi problemlər qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.

Hazırda görüş davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR