İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın neokolonial siyasəti çökür - Fransız Qvianası da müstəmləkəçilikdən qurtulmaq yolunda - TƏHLİL

Fransa XXI əsrdə hələ də neokolonial siyasətdən əl çəkmək niyyətində deyil. Rəsmi Paris bu gün öz Avropa sərhədlərindən minlərlə kilometr uzaqda, Cənubi və Mərkəzi Amerika, Afrika, Asiya və Okeaniyada 13 ərazini hələ də nəzarətdə saxlayır.

Fərqli inzibati-hüquqi statusda olan həmin ərazilər əsrlərdir ki, Fransanın istismarçı neokolonial siyasətinin qurbanına çevrilib.

Həmin ərazilərdən ən böyüyü Fransız Qvianası hesab edilir. Belə ki, bu regionun sahəsi 83 534 kv.km təşkil edir, bölgə ərazisinə görə Azərbaycandan bir az kiçikdir.

Fransız Qvianası Cənubi Amerika materikinin şimal-şərqində yerləşir və XVII əsrdən Fransa tərəfindən idarə olunur. Tarixə nəzər saldıqda, Fransanın müstəmləkə siyasətinin işğal etdiyi ərazilərdə etnik tərkibə, əhali sayına, həyat səviyyəsinə nə qədər mənfi təsir göstərdiyini Fransız Qvianasının timsalında görmək olar. Məhz fransız kolonistləri yerli hindu xalqlarını kütləvi şəkildə məhv edib, yerli sərvətləri istismar etmək üçün Afrikadan qaradərili insanları qul kimi gətirərək işlətməyə başlamışdılar. Həmin amansız müstəmləkə siyasətinin nəticələri bu gün də hiss olunur. Sakinlərinin yalnız 3%-i yerli hindular, 70%-i isə qul kimi işlədilmək üçün buraya gətirilən afrikalıların törəmələridir. Bölgənin etnik tərkibini dəyişmək, “ağartmaq” cəhdlərinə baxmayaraq, fransızlar regionda 12% həcmindədir və azalmaqda davam edir. Digər yandan, Fransa sərt tropik iqlimi olan Fransız Qvianasından daha çox cinayətkarları və siyasi fəalları sürgün etmək üçün istifadə edib.

XIX əsrin ortalarından etibarən isə Fransanın Fransız Qvianasına “güclü sevgisi” yarandı. Belə ki, bölgədə böyük qızıl və boksit yataqları aşkar olundu. Məhz bu tarixdən etibarən Fransa Fransız Qvineyasına əsas koloniyalarından biri kimi baxmağa başladı.

Elə bu səbəbdən də Fransız Qvineyasının qonşu Surinam (Hollandiya Qvianası) və Qayanadan (İngiltərə Qvianası) fərqli olaraq, müstəqillik qazanmasına imkan verilmədi. Fransa XXI əsrdə hələ də yerli əhalinin etirazlarına, sosial durumun ağırlığına baxmayaraq, irqi və milli zəmində ayrı-seçkilik tətbiq etdiyi regiona müstəqillik vermək istəmir. Əksinə, 1946-cı ildən bəri Fransa Fransız Qvianasını öz departamenti elan edərək onun üzərində nəzarəti daha da sıxlaşdırıb. Belə ki, Fransa Fransız Qvianasında yerli hakimiyyət orqanlarının razılığını almadan fövqəladə və hərbi vəziyyət elan edə bilər.

Fransanın istismarının miqyası o qədər böyükdür ki, bu gün Fransız Qvianasında kənd təsərrüfatı torpaqlarından tutmuş daşınmaz əmlaka qədər 80% istehsal gücü fransız korporasiyalarına məxsusdur. Fransanın əsas ərazisi ilə müqayisədə regionda işsizlik səviyyəsi də 3 dəfə yüksək, sosial ödənişlər və əmək haqları isə 2 dəfə aşağıdır. Bu amillər, yerli sakinlərin siyasi və iqtisadi idarəçilikdən kənarlaşdırılması, tarixi müstəmləkə yaddaşı ilə birlikdə Fransız Qvianasında azadlıq mübarizəsinin yüksəlməsinə səbəb olub. Artıq bu etirazların, neokolonial Fransaya etirazların ilkin nəticələri var. Belə ki, ötən ay yerli parlamentarilər, merlər və ərazi şuralarının üzvləri yerli hindu xalqının 6 nümayəndəsinin qanunverici orqanda təmsil olunması, onlara infrastruktur layihələri, o cümlədən yerli xalqların torpaq sahələri haqqında yekun qərar vermək hüququ verib. Onlar bu qərarı Yeni Kaledoniyada qəbul edilən analoji qərardan ruhlanaraq qəbul ediblər.

Rəsmi Parisin xalq etirazları fonunda bölgənin muxtar statusunu təsdiq edəcəyi təqdirdə Fransa dövlətinin mülkiyyətində olan torpaqların 90%-i yerli xalqlara verilməli olacaq. Beləliklə, rəsmi Parisin 400 ildir, istismar etdiyi ən böyük koloniyası artıq əlindən çıxır.

Bir sözlə, Yeni Kaledoniya, eləcə də digər dənizaşırı bölgələrdə olduğu kimi, Fransız Qvianasında da müstəqillik meylləri açıq müstəviyə keçib. Bu proses neokolonializm ilə mübarizə aparan Azərbaycan tərəfindən də yaxından izlənilir. Fransanın kolonial siyasətinin qurbanı olan bölgələr də bunu bilir və Azərbaycanın prosesə verdiyi dəstəyi yüksək qiymətləndirir.

Bölgənin azadlığı uğrunda mübarizə aparan Fransız Qvianası sosial azadlıq və dekolonizasiya Hərəkatının Siyasi Bürosunun üzvü Cindy Adela Pollux da 2023-cü ilin noyabrında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda Bakıda keçirilən tədbirə görə Azərbaycanın Fransanın neokolonial siyasətini diqqətdə saxladığı, verdiyi dəstək üçün təşəkkür etmişdi.

Rəsmi Bakı isə Fransız Qvianası, həm də əsrlərdir, Fransanın istismarı altında olan digər xalqların öz müqəddəratlarını müəyyən etməsinə dəstəyini davam etdirmək niyyətindədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR