İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın bütün müstəmləkələri öz müstəqilliklərini eyni gündə elan etməlidirlər

Fransanın bütün müstəmləkələri öz müstəqilliklərini eyni gündə elan etməlidirlər.

Bunu Yeni Kaledoniyanın NCMCP assosiasiyasının katibi Eugene Tetuanui Bakıda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.

O bununla əlaqədar Fransanın bütün dənizaşırı ada ərazilərinə müraciət edib:

"Hazırda Bakıda keçirilən bu konfranslarla təhdidlərə qarşı nümunəvi dayanmalıyıq. İşlər görülməlidir ki, öz məqsədlərimizə nail olaq. Hazırda bizim uşaqlarımız ölür, valideynlər pis durumdadırlar. Müstəmləkəçilər bizimlə pis rəftar edirlər".

Yeni Kaledoniya təmsilçisinin fikrincə, Fransanın bütün dənizaşırı əraziləri öz müstəqilliyini eyni gündə elan etməlidirlər: "Ancaq bu halda nəticəyə nail ola bilərik". (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR