Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində "insanlığa qarşı cinayətlər və müharibə cinayətləri" ittihamları ilə həbs orderi verib.
Musavat.com xəbər verirki, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Fransa BCM-in nizamnaməsinə uyğun olaraq bu qərara cavab verəcək. Niderland hökuməti də BCM-in Netanyahuya qarşı çıxardığı həbs qərarına uyğun hərəkət etməyə hazır olduğunu bəyan edib.
BCM-in qərarı, İsrailin 2023-cü ilin oktyabrından 2024-cü ilin mayına qədər Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı baş verən hadisələrlə əlaqədardır. Netanyahu və Qallant, mülki əhaliyə qarşı hücumlar və mülki infrastruktura zərər verməkdə ittiham olunurlar.
Bu həbs orderləri, BCM-in üzvü olan 124 ölkə üçün məcburi xarakter daşıyır və həmin ölkələrdə Netanyahu və Qallantın həbsi tələb olunur. Lakin İsrail BCM-in yurisdiksiyasını tanımır və bu qərarı rədd edir.
ABŞ Prezidenti Co Bayden və digər Qərb liderləri BCM-in bu qərarını tənqid edərək, İsrailin özünümüdafiə hüququnu vurğulayıblar. Eyni zamanda, HƏMAS BCM-in qərarını alqışlayıb və İsrailin hərəkətlərinə qarşı beynəlxalq tədbirlərin görülməsini tələb edib.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ