Onlayn ictimai-siyasi qəzet
Fransa Xarici Ticarət Nazirliyi ABŞ hakimiyyətinin fransız şirkətlərinin ayrı-seçkiliyə qarşı siyasətinə müdaxiləsini qəbuledilməz adlandırıb.
Musavat.com xəbər verir ki, nazirlik bu barədə Reuters agentliyinə məlumat açılayıb.
Məlumatda qeyd olunurmki, "Amerikanın təhdidlər və əsassız tariflərlə yanaşı, fransız şirkətlərinin inklüzivlik siyasətinə müdaxiləsi qəbuledilməzdir".
Nazirlik həmçinin "yerli biznesləri, onların müştərilərini və dəyərlərini qorumaq üçün Avropa ilə işləyəcəyini" vəd edib.
Martın 29-da Le Figaro, Amerikanın bəzi fransız şirkətlərini cinsinə və digər kvotalara əsaslanan məşğulluqla bağlı inklüziv siyasətdən əl çəkmədikləri təqdirdə onlarla müqavilələrə xitam verməklə hədələdiyinə dair məlumat yayıb. Bir neçə şirkət belə təhdidlər aldığını qəzetə təsdiqləyib.
Bununla əlaqədar olaraq, Fransa İqtisadiyyat və Maliyyə Nazirliyi ABŞ administrasiyasına xatırlatmaq niyyətindədir ki, Parisdə yeni Amerika administrasiyasının dəyərləri paylaşılmır.
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ