İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada polis zorakılığı – 16 yaşlı türk beyin ölümü keçirdi

Fransanın paytaxtı Parisdən 40 kilometr uzaqlıqda yerləşən Elankurt şəhərində 16 yaşlı türk yeniyetmə Səfa Şahin polis maşınının vurması nəticəsində ağır yaralanıb və beyin ölümü baş verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 18:00 radələrində baş verib. Polis maşını S.Şahinin motosikletini vurub.

Səfanın əmisi Nuri Şahin hadisə yerində polisin qardaşı oğluna müdaxilə edilməsinə icazə vermədiyini, hadisə yerindəki kamera qeydlərinə müdaxilə edildiyini bildirib.

O, şahidlərin ifadələrinə əsaslanaraq bildirib ki, polis maşını xəbərdarlıq etmədən motosiklet sürən qardaşı oğlunun yolunu kəsib və bu səbəbdən Səfa ön kapota dəyib. İkinci polis maşını isə gəlib ayağa qalxan yeniyetməni qəsdən vurub və yarım saatdan çox müddətdə onu yerdən qaldırmayıblar.

N.Şahin qardaşı oğlunun hadisə yerindən 5 və 10 dəqiqəlik uzaqlıqdakı xəstəxanalar yerinə 1,5 saat uzaqlıqdakı xəstəxanaya aparıldığını deyib. O bildirib ki, Səfanı Türkiyəyə aparmaq istəyirlər: “Çünki burada xəstəxanaya heç bir şəkildə inanmırıq. Xəstəxana indi qardaşım oğlunu süni tənəffüs cihazından ayırmaq istəyir”.

S.Şahinin beyin ölümündən sonra ailəsi polislərdən şikayət edib. Hadisə ilə bağlı iki polis əməkdaşı saxlanılsa da, sonradan sərbəst buraxılıblar.

Ailənin vəkili Yassin Buzrou mediada yer alan iddiaları rədd edərək, yeniyetmənin polis maşınını yox, polisin motosikleti vurduğunu bildirib. Vəkil polislərin avtomobillə Səfanın motosikletini təqib etdiklərini və hadisənin "qəsdən adam öldürməyə cəhd" olduğunu qeyd edib.

İyun ayında Fransanın Nanter şəhərində “dayan” xəbərdarlığına tabe olmayan 17 yaşlı Əlcəzair əsilli Nahel M.-in yol polisi tərəfindən güllələnərək öldürülməsindən sonra ölkədə günlərlə şiddətli etirazlar yaşanıb.

Bildirilir ki, son zamanlar ölkədə polis zorakılığı, xüsusən də onların etnik azlıqlara və gəlmələrə qarşı mürtəce hərəkətləri artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR