İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa və Almaniya nəyi bölə bilmirlər?

Almaniya və Fransa arasında Avropa İttifaqında elektrik enerjisi bazarının islahatına dair fikir ayrılığı reallıqda Avropanın sənaye mərkəzinin harada yerləşəcəyi ilə bağlıdır.

Bloombergin yazdığına görə, Avropa enerji assosiasiyası “Eurelectric”in baş katibi Kristian Rubin deyib ki, Almaniya üçün problem odur ki, Fransa uzun illər nüvə enerjisindən daha ucuz elektrik enerjisi əldə edə bilər. Onun sözlərinə görə, bu, Parislə müqayisədə “Berlinin sənaye rəqabət qabiliyyətini” təhdid edir. Agentliyin icmalçıları diqqəti Fransanın Aİ-nin elektroenerji bazarındakı qaydalara yenidən baxılması prosesindən özünün dövlətə məxsus Electricite de France (EDF) şirkətinin köhnəlmiş reaktorlarının maliyyələşdirilməsi və ömrünün uzadılması üçün yeni investisiya mənbələri cəlb etmək məqsədilə istifadə etməsinə yönəldirlər. Onların fikrincə, Berlin EDF-nin nəticədə elektrik enerjisini bazar qiymətindən aşağı qiymətə sata biləcəyindən ehtiyat edərək bu təşəbbüsü əngəlləyir.

Müəlliflər Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin bəyanatına istinad edirlər. O, Almaniyanın tərk etdiyi nüvə enerjisinə arxalanan Fransanın elektrik enerjisinin qiymətində üstünlük əldə edəcəyindən ehtiyat edir. Onun sözlərinə görə, ucuz yerli elektrik enerjisinə çıxışı olmayan Almaniya “sənaye bazasını itirə” bilər, çünki enerji tutumlu şirkətlər başqa ölkələrə sərmayə yatırır, Almaniya isə Rusiyadan ucuz qaz tədarükündən imtina etdiyi üçün öz enerji təchizatı sistemini yenidən qurur. Agentliyin icmalçıları hesab edir ki, həqiqətən də narahatlıq üçün əsas var. Belə ki, son iki ildə Fransa ucuz enerji qiymətləri sayəsində Almaniyadan 50 faiz daha çox birbaşa xarici investisiya cəlb edib.

Avropa Komissiyası martın 14-də Aİ-də elektrik enerjisi bazarında islahatların aparılmasını təklif edib. Onun əsas məqsədi özəl istehlakçılar və sənaye üçün enerji qiymətlərindəki dalğalanmaları azaltmaqdır. Buna sabit qiymətlərlə enerji təchizatı üzrə iki növ uzunmüddətli müqavilələrin tətbiqi yolu ilə nail olmaq təklif edilir.

Bunlar şirkətlərin və fərdi istehlakçıların əsas təchizatçılarla sabit qiymətə uzun müddətə bağlamalı olduğu enerji alqı-satqısı müqavilələri, həmçinin Aİ dövlətlərinin bərpa olunan enerji təchizatçıları ilə bağladıqları qiymət fərqi üzrə müqavilələrdir. Aşağı qiymətlər dövründə qiymət fərqi tədarükçüyə orta sabit qiymətlə ödənilir, qiymət artımı dövründə isə dövlət istehlakçının xeyrinə artıq mənfəəti saxlayır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR