Onlayn ictimai-siyasi qəzet
Fransa artıq terrorizmi dəstəkləyən dövlət kimi də yadda qalıb. Uzun illər müstəmləkə torpaqlarında günahsız insanlara qarşı törətdiyi soyqırımı azmış kimi, hazırda terror cinayətlərinin də mərkəzində Fransa dayanır.
Qeyd etmək yerinə düşər ki, fransızlar əsrlər boyu Afrikanı təkcə soyub talamayıb, həm də milyonlarla insanı qətlə yetiriblər. Ötən il Mali hakimiyyəti Fransadan hərbçilərini çıxarmağı tələb etmişdi. Buna səbəb fransızların terrorçularla əlaqəsi göstərilirdi. Moskvada “Crocus City Hall”da törədilən terror hadisəsində Fransa izi var. Bu terrorda günahı olan ölkələrin siyahısında ilk yerlərdən birini məhz Fransa tutur.
Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini D.Medvedevin Moskvadakı terror aktının arxasında Fransa və Makronun durduğu haqda bəyanatı da əbəs yerə verilməmişdi. Fransa xüsusi xidmət orqanları tərəfindən Azərbaycan əsilli iş adamlarına məxsus Krokus konsert zalında bu terrorun törədilməsi də təsadüfi deyildi. Bununla Azərbaycan və Rusiya arasında əlaqələrə xələl gətirmək, Rusiyada dini və etnik zəmində nifaq yaratmaq idi.
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı Musavat.com-a dedi ki, D.Medvedev Rusiya siyasət meydanında sıradan biri deyil, o uzun müddət Rusiyanın Baş naziri vəzifəsində çalışıb və hətta bir seçki bu ölkənin prezidenti olub:
"Hazırda isə D.Medvedev Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini, “Vahid Rusiya” Partiyasının – yəni hakim partiyanın sədridir. O, Rusiya- Ukrayna müharibəsi başlamazdan əvvəl və xüsusilə də müharibənin getdiyi dönəmdə kəskin siyasi bəyanatları ilə dünyanın diqqətini cəlb etməkdədir. Gerçək olan budur ki, Medvedev öz fikirlərini ifadə etmir, onun hər bir sözü hakim partiyanın və prezident V.Putinin mövqeyinin ifadəsidir. Əgər Hakim partiyanın sədri və eyni zamanda Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini olan bir şəxs Moskvada törədilmiş teraktda Qərbin və ilk növbədə Fransanın əli olduğunu deyirsə, bu məlumatı ciddi qəbul etmək lazımdır. Xatırladım ki, Kremlin qeyri-rəsmi sözçüsü olan bir çoxları bu məsuliyyəti öz üzərlərinə götürməmişdilər. Deməli, hadisədən ötən müddət ərzində Rusiyanın təhlükəsizlik xidməti orqanları yalnız bu qanlı aktın icraçılarını deyil, eyni zamanda sifarişçilərini də müəyyən edə biliblər.
D.Medvedev bu bəyanatla Rusiyaya qarşı qatı düşmənçilik mövqeyində dayanan Fransanı təhdid etmir. O təkid edir ki, Fransa bu terror aktının törədilməsinin təşkilatçılarından və onu maliyyələşdirən sifarişçilərdən biridir. Sual yarana bilər ki, doğrudanmı Fransa bu rəzalətin altından imza ata bilərdi? Mən buna inanıram və bu inamımın yetərincə əsasları var.
Fransanın Qarabağ torpaqlarımızın işğal altında olduğu 30 ildə sərgilədiyi ədalətsiz mövqe, 44 günlük savaşından və bir günlük antiterror əməliyyatından sonra Azərbaycana qarşı nümayiş etdirdiyi siyasi əxlaqsızlığa rəğmən çəkinmədən deyə bilərik ki, bu dövlət və onun başında dayanan sərsəm siyasətçi E.Makron Moskvada törədilmiş rəzalətə ev sahibliyi etməyə qabildir".
Professor əlavə edib ki, Ukrayna cəbhəsində Rusiya qarşısında aciz qalan və Rusiyanın diqqətini Ukrayna cəbhəsindən yayındırmaq üçün Ermənistanı öz toruna salıb, onun vasitəsilə Cənubi Qafqazda Rusiayaya qarşı yeni bir cəbhə açmaq istəyən Qərb və bu çirkin oyunların baş icraçısı Fransa çəkinmədən belə bir rəzalətin də altından imza ata bilərdi:
"Vaxtılə əsarətində saxladığı müstəmləkə ölkələrində on minlərlə insanı qanına qəltan edən və bu qətliamlar zamanı öldürülmüş 18 min əsgərlərin kəllə sümüklərini Parisdəki insan muzeyində nümayiş etdirməyi bacaran bir xalq və onun dövləti Krokusda 140-150 insanın ölümünə məmnuniyyətlə imza atar və bunun üçün məmnuniyyətlə İslam dövlətinin terrorçuları ilə də danışıqlara gedib, onları maliyyələşdirər".
Fikrət Yusifov qeyd edir ki, demokratiya pərdəsi altında siyasət meydanında istənilən ləyaqətsizliyə imza atmağı bacaran Fransa kimi bir dövlət, indi də Azərbaycan – Ermənistan sərhəddində təxribatlar törətməklə məşğuldur:
"Son bir neçə gün ərzində sərhəddə baş verən insidentlərin müəllifi birbaşa Fransa prezidenti E. Makrondur. Bu dəfə sərhədimizə atan Paşinyan deyil, Makrondur! Mən bu fikirləri emosiyaya qapanaraq demirəm – real olan budur. Ermənistanın baş naziri N.Paşinyan son insidentlərdən sonra vəziyyətin ciddiliyini nəzərə alıb, yaranmış gərginliyi yumşalda biləcək addımlar atsa da, Makron bu bölgədə yeni bir savaş çıxarmaq üçün əlindən gələni etməkdədir. Bu sərsəm siyasətçi öz ambisiyalarını reallaşdırmaq naminə Ermənistanın bir dövlət kimi oynadığı oyunun qurbanına çevirməkdədir.
Heç şübhəsiz bu oyunların sonuna az qalıb. Sonda Makronun qurduğu oyunlar onun özünün və dövlətinin başında çatlayacaq. Afrikadan qovulmuş Fransa indi də tamamilə Cənubi Qafqazdan qovulacaq. O günə az qalıb…"
Afaq Mirayiq,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ