İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa-İsrail qarşıdurması: Paris narazıdır, tənqid edir

Musavat.com xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi İsrailin təhlükəsizlik qüvvələrinin Fransaya məxsus əraziyə icazəsiz daxil olması və fransız diplomatlara qarşı sərgilənən davranışı qətiyyətlə tənqid edib.

Fransa Xarici İşlər naziri Jan-Noel Barro İsrail və Fələstin ərazilərinə səfəri çərçivəsində Fransa milli mülkiyyətinə aid olan Eleona bölgəsini ziyarət etməyi planlaşdırırdı. Lakin İsrail təhlükəsizlik qüvvələrinin silahla həmin əraziyə icazəsiz daxil olması səbəbindən nazir bu səfərdən imtina edib.

Səfərdən sonra Fransa Baş Konsulluğunun iki əməkdaşı İsrailin təhlükəsizlik xidməti tərəfindən həbs edilib. Bu şəxslərin diplomatik statusu olmasına baxmayaraq, həbs olunmaları Fransanın kəskin reaksiyasına səbəb olub. İsrailin bu hərəkətləri nazir Barro tərəfindən qəbuledilməz olaraq qiymətləndirilib və Fransa tərəfindən qətiyyətlə pislənilib. Fransanın müdaxiləsindən sonra diplomatlar azadlığa buraxılıb.

Fransa Xarici İşlər Nazirliyi İsraildəki səfirini yaxın günlərdə bu hadisə ilə bağlı izahat vermək üçün nazirliyə çağıracaq. Jan-Noel Barro, Fransanın bölgədə zorakılıq səviyyəsini azaltmaq üçün çalışdığı bir vaxtda bu kimi addımların qəbuledilməz olduğunu vurğulayıb və İsrailin davranışını qətiyyətlə pisləyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR