İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa ilə Ermənistan arasında siyasi-hərbi məsləhətləşmə olub

Fransa və Ermənistan müdafiə nazirliklərinin nümayəndələri Parisdə siyasi-hərbi məsləhətləşmə aparıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, yığıncaqda Ermənistanı Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyan, Fransadan isə Silahlı Qüvvələrin beynəlxalq əlaqələr və strategiya idarəsinin rəisi Elis Rufo iştirak edib.

Bildirilib ki, tərəflər regional və beynəlxalq təhlükəsizlik problemlərini araşdırıb, ikitərəfli maraq doğuran məsələlərə toxunublar. Məsləhətləşmələr zamanı bir sıra razılaşmalar əldə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR