İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Ermənistanı öz ambisiyalarının oyuncağına çevirir - RƏY

“Fransanın Ermənistana silah ixrac etməsi birmənalı şəkildə regionda sülhə və təhlükəsizliyə xidmət etməyəcək. Bunlar təcavüzkar və məğlub edilmiş dövlətdə revanşist qüvvələrə dəstək vermək və yeni təxribatlara həvəsləndirəcək addımlardır”.

Bunu Musavat.com-a politoloq Fuad Çıraqov deyib.

FUAD.jpg (229 KB)

Onun fikrincə, Fransa bir tərəfdən özünü vasitəçi prosesə daxil etməyə çalışır, digər tərəfdən vasitəçilik institutunun etik normalarına sığışmayan formada tərəfkeşlik edir:

“2020-ci ildən Fransa Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında 3 iclasın keçirilməsinin təşəbbüskarı olub, beynəlxalq miqyasda Azərbaycana qarşı qarayaxma kampaniyasına dəstək verən dövlətlərdəndir. Bütün bunlar onu göstərir ki, Fransa regionda davamlı və dayanıqlı sülhdə maraqlı deyil, bölgəni özünün qlobal maraqlarında mübarizə meydanlarından birinə çevirməyə çalışır. Təəssüf ki, Ermənistan özünü Fransanın bu ambisiyalarında vasitəyə və oyuncağa çevirir. Ermənistan bir tərəfdən sülh müqaviləsinin imzalanması prosesini yubadır, Azərbaycana qarşı beynəlxalq miqyasda qarayaxma kampaniyasını davam etdirir, digər tərəfdən Fransa vasitəsilə silahlanmağa davam edir. Buradan başqa hansı nəticə çıxa bilər?”

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR