İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Afrikada hərbi mövcudluğunu azaldacaq, Asiyada artıracaq

Fransa Afrikadakı hərbi kontingentinin sayını azaldacaq, lakin Asiya-Sakit okean regionunda mövcudluğunu gücləndirəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin aerokosmik qüvvələrinin baş qərargah rəisi, general Stefan Mille jurnalistlərlə söhbəti zamanı bildirib.

Media qeyd edir ki, Afrikadakı mövcudluğunu azaltmaq niyyəti Saheldə terrorla mübarizə missiyalarına dəstəyin dayandırılması demək deyil. Mille Fransanın bölgədəki səlahiyyətlilərlə onların ehtiyaclarını daha yaxşı başa düşmək üçün işləyəcəyini və lazım gələrsə, “müəyyən müddət ərzində təlim və buna bənzər şeylər üçün” yerə qüvvələr göndərəcəyini söyləyib. "Bu, hava qüvvələrinin, xüsusən də nəqliyyat təyyarələrinin imkanlarından yaxşı istifadədir", - fransız general bildirib.

Mille əlavə edib ki, böyük nəqliyyat təyyarələri, eləcə də Fransız Polineziyası və Yeni Kaledoniyadakı hava bazaları Parisin hazırladığı Sakit okean strategiyasında əsas rol oynayacaq. “Biz Sakit okean ölkəsiyik, ona görə də orada daha çox mövcud olacağıq”, - qərargah rəisi bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR