İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ford” yüz minlərlə avtomobili geri çağırır  

Dünyanın ən böyük avtomobil şirkətlərindən biri olan “Ford” 634 mindən çox "SUV" model avtomobilini yanğın təhlükəsi səbəbilə geri çağıracağını açıqlayıb.

Musavat.com xəbər verir ki, ABŞ şirkəti avtomobilləri yanğın təhlükəsi səbəbindən geri çağırır. Geri çağırma 2020-ci ildən 2023-cü ilə qədər istehsal edilən “Bronco Sport” və “Escape SUV” modellərini əhatə edir. Bütün avtomobillərdə 1,5 litrlik üç silindrli mühərrik var. Avtomobil istehsalçısı yanğınların nadir hallarda baş verdiyini və ümumiyyətlə, mühərrik söndürüldükdə baş vermədiyini bildirib. Ancaq bununla belə təhlükəsizlik üçün tədbirlər görülməli olduğunu qeyd edərək bu addımı atıb. 

Geri çağırılma ABŞ-da 520 000 avtomobili və digər ölkələrdə təxminən 114 000 avtomobili əhatə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR