İnsanlara hürriyət, millətlərə istiqlal!

Fırıldaqçılar Yeltsinin general cangüdəninə kələk gəliblər

DTK generalı, Rusiyanın ilk prezidenti Boris Yeltsinin keçmiş mühafizəçisi, 79 yaşlı Aleksandr Sterliqov fırıldaqçılarla ünsiyyətdən sonra 13 milyon rubl itirib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, kələkbazlar pulun saxlanması üçün "təhlükəsiz hesaba" köçürülməsinin standart sxemindən istifadə edərək onun əmanətlərini ələ keçiriblər.

Medianın məlumatına görə, Sterliqova abonentlərin guya yeni qüllələrə qoşulması barədə telefonla məlumat verilib, bundan sonra ondan bankın tətbiqinə daxil olması istənilib. Bu zaman guya bank işçiləri zərərçəkmiş şəxslə əlaqə saxlayıb və bütün pulların “təhlükəsiz hesaba” köçürülməsi zərurətini qeyd edərək, hakerlik cəhdi barədə məlumat veriblər.

Əvvəlcə Sterliqov fırıldaqçılara 1,6 milyon rubl köçürüb, bundan sonra onlara bank xidmətlərindən istifadə imkanı verib. Onun sayəsində cinayətkarlar təqaüdçünün daha 11 milyonluq istiqrazını oğurlayıblar. Yeltsinin keçmiş mühafizəçisi polislə əlaqə saxlayıb.

Daha əvvəl bildirilmişdi ki, saxta bankirlər rusiyalıları fırıldaqçılardan qorunmaq üçün “hesablarını yeniləməyə” çağırmağa başlayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR