İnsanlara hürriyət, millətlərə istiqlal!

Fin sərhədçilər 40-a yaxın rus avtomobilini geri qaytarıblar

Ötən həftə sonu Finlandiya sərhədçiləri Rusiya dövlət nömrə nişanlı avtomobillərin, demək olar ki, yarısını sərhəddən buraxmayıblar. Bu ölkəyə öz avtomobili ilə daxil olmaq istəyənlərin ümumi sayı kəskin azalıb.

Musavat.com xəbər verir ki, bu barədə Finlandiyada fəaliyyət göstərən Yle portalı bu gün xəbər yayıb.

"Ötən şənbə və bazar günləri Rusiyada qeydiyyatda olan 81 avtomobil Finlandiya ilə sərhədə gəlib. Onlardan 37-si gəldikləri ölkəyə, Rusiya və Norveçə qayıtmağa məcbur olub", - Vaalimaa sərhəd-keçid məntəqəsinin rəisi Jussi Pekkala deyib.

Gömrük xidmətinin məlumatına görə, Rusiya qeydiyyatında olan 44 avtomobilin ölkəyə girişi üçün əsas olub.

Pekkala bildirib ki, gələn trafikdə Rusiya vətəndaşlarının payı adətən 600-700 nəfər təşkil edir. "Bu həftə sonu rəqəm əvvəlcə 95 nəfərə, bazar günü isə 40 nəfərə düşdü", - Pekkala deyib.

Eyni zamanda, məhdudiyyətlərin tətbiqindən sonra Rusiya Federasiyası və Finlandiya sərhədində avtobusların hərəkəti artıb. Pekkala qeyd edib ki, sanksiyalar insanlara deyil, nəqliyyat vasitələrinə aiddir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR