Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Antoni Blinkenlə ilə Livandakı son prosesləri, habelə Qəzzanın şimalındakı humanitar vəziyyəti müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Telekanalın məlumatına görə, Türkiyənin XİN başçısı “Qəzzanın şimalındakı humanitar vəziyyətin fəlakət miqyasına çatdığına diqqət çəkərək humanitar yardımların Qəzzaya aramsız şəkildə çatdırılmasının önəminə toxunub”.
“Görüşdə Livandakı son hadisələr də müzakirə edilib. Müharibənin bütün regiona yayılmasının qabaqlanması üçün bütün tərəflərin təmkinli davranmalı olduğunu vurğulayan nazir Fidan vaxt itirmədən Qəzzada atəşkəs elan edilməsi və İsrailin Livana qarşı hücumlarını dayandırması lazım olduğunu bir daha təkrarlayıb”, – “TRT Haber” qeyd edib.
Eyni zamanda, tərəflər Ukraynadakı son vəziyyət ətrafında da fikir mübadiləsi aparıblar.
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ