İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN-in keçmiş idarə rəisi İlhamə Turabovaya yeni vəzifə VERİLDİ

Milli Məclisin Aparatında yeni təyinat baş tutub.

Musavat.com modern.az-a istinadən xəbər verir ki, parlament Aparatının Məxfi sənədlərlə iş sektoruna yeni müdir təyin edilib.

Bu vəzifəyə İlhamə Turabova gətirilib. Hüquqşünaslıq ixtisasına malik dövlət qulluqçusu "Dövlət qulluğunda fərqlənməyə görə" və "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, İlhamə Turabova 2022-ci ildən Fövqəladə Hallar Nazirliyinin (FHN) Hüquq idarəsinin rəisi vəzifəsində çalışıb. O, 2024-cü ilin may ayında bu vəzifədən azad edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR