Onlayn ictimai-siyasi qəzet
Mədinədən Fərqanəyə uçan Özbəkistanın “Centrum Air” şirkətinə məxsus təyyarə Türkmənistanda məcburi eniş edib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
Qeyd olunub ki, təyyarə mühərrikdə baş verən yağ sızması səbəbindən Marı şəhərində məcburi eniş edib.
"1 fevral 2025-ci il tarixində C6 3336 saylı reys ilə Mədinədən Fərqanəyə uçan “Centrum Air”in “A321neo” təyyarəsi Türkmənistan hava məkanı üzərində uçarkən mühərrikində yağ sızması aşkar edilib. Uçuş əməliyyatları təlimatına uyğun olaraq komandir təyyarəni Marı şəhərinin ən yaxın hava limanına endirmək qərarına gəlib”, - məlumatda deyilir.
Mətbuat xidmətinin məlumatına görə, Fərqanədən 1 200 km uzaqlıqda yerləşən Marı şəhərinə ehtiyat təyyarə göndərilib və sərnişinlər təyin olunmuş ünvana yola salınıb.
Aviaşirkət nasazlığın aradan qaldırıldığını və təyyarənin yaxın zamanda fəaliyyətə başlayacağını bildirib.
"Mühərrikdəki yağ sızması aradan qaldırılıb və təyyarə yaxın zamanda sərnişinsiz texniki reyslə Daşkəndə uçacaq", - mətbuat xidməti əlavə edib.
Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ