Onlayn ictimai-siyasi qəzet
Ötən gün vəfat edən türkiyəli müğənni Ferdi Tayfurun vəsiyyəti üzə çıxıb.
Musavat.com axşam.az-a istinadla xəbər verir ki, sənətçi son illərdə verdiyi müsahibədə mahnılarının müəllif hüquqları ilə bağlı bu açıqlamaları verib:
"Həyatda olduğum zaman da, öldükdən sonra da mahnılarımı hər kəs ödəniş etmədən dinləyə bilsin. Çünki o mahnıları mənim uşaqlarım və ya mirasçılarım yazmadı. O mahnıları mən yazdım. Xalq eşitsin, insanlar faydalansın deyə yazdım".
Qeyd edək ki, müğənni dünən Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
06 Yanvar 2025
05 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ