Onlayn ictimai-siyasi qəzet
79 yaşında qaraciyər və böyrək çatışmazlığı səbəbindən həyatını itirən ustad sənətçi Ferdi Tayfur geriyə 86 mənzil, 7 villa, Marmarisdə bir yarımada və bir çox daşınmaz əmlak qoyub.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Tayfurun təxminən 3 milyard lirə dəyərindəki mirası 5 övladı arasında bölüşdürüləcək.
Məlumata görə, hazırda Tayfurun sahib olduğu yarımadanın qiyməti ən azı 12 milyon dollar qiymətləndirilir.
Hesablamalara görə, hər bir övladı bu sərvətdən təxminən 600 milyon lirə alacaq.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ