İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəlakət! diskotekada atəşfəşanlıq faciəyə çevrildi – 50 ölü, 100 yaralı!

Şimali Makedoniyanın Koçani şəhərində diskotekada baş verən dəhşətli yanğın azı 50 nəfərin həyatına son qoyub, 100-dən çox insan isə xəsarət alıb.

Musavat.com xəbər verir ki, bu barədə Makfax agentliyi məlumat yayıb.

Hadisə gecə saat 03:00 radələrində, 1500 nəfərin iştirak etdiyi konsert zamanı baş verib. İddialara görə, izdihamın içindən biri zalın daxilində atəşfəşanlıq işə salıb və bu, böyük yanğına səbəb olub.

Hüquq-mühafizə orqanları tədbirin təşkilatçılarını həbs edib. Hadisə ölkədə böyük rezonans doğurub və təhlükəsizlik tədbirlərinin yetərsizliyi ilə bağlı ciddi suallar yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR