İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafadan hökumətə işsizliklə bağlı çağırışlar

Deputat Fazil Mustafa Milli Məclisdəki müzakirələr zamanı bildirdi ki, müzakirəyə çıxarılan büdcə layihəsində 4,3 milyardlıq vəsait işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulur və vəziyyətdən asılı olaraq, bu vəsait arta da bilər.

F.Mustafa problemlərə diqqət çəkərək dedi ki, bu gün işsizliklə bağlı problemin həll olunmaması qarşımıza həyəcan siqnalı qoymaqdadır. Deputatın sözlərinə görə, işsizliyin aradan qaldırılması üçün büdcədə milyonlarla manat vəsait nəzərdə tutulur.

Deputat dedi ki, işsizliyin aradan qaldırılması üçün 233,5 milyon manat ayrılıb: "Hətta 2021-ci ildən fərqli olaraq, 91 milyon manat vəsait də artırılıb. Əslində bu vəsaiti sahibkarlığın inkişafına yönəltmək lazımdır.  Sahibkarlara aşağı faizlə kredit verilmirsə, işsizliyi aradan qaldırmaq mümkün olmayacaq".

O. qeyd etdi ki, məktəblərdə yer məsələsi problemdir, həmin məktəblərdə 6 günlük dərslər nəzərdə tutulub. Həmçinin min yerlik məktəblərdə 2500 şagird təhsil alır.

F.Mustafa narkomaniyaya qarşı mübarizənin ciddi şəkildə həyata keçirilməsi üçün ciddi vəsait ayrılmasını da təklif edərək bildirdi ki, hətta müalicə müəssisləri yaradılmayıb. Deputatın sözlərinə görə, sahibkarlar rahatlıqla vəsait əldə etməlidirlər ki, ayrı-ayrı sahələri inkişaf etdirsinlər. “Büdcədə yerli özünüidarəetmənin heç bir payı yoxdur. Bələdiyyələrə vəsait ayrılır. Problemlər qalır, amma bu problemlərin həlli istiqmətində heç bir irəliləyiş hiss olunmur” - F. Mustafa bildirdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR