İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa ilk dəfə parlamentin iclasına qatıldı və qayıdışdan danışdı

Deputat Fazil Mustafa üzləşdiyi terror aktından sonra ilk dəfə Milli Məclisin iclasına qatılıb və çıxış edib.

Musavat.com bildirir ki, millət vəkili çıxışında öncə 28 martda şəxsinə qarşı törədilən terror aktından sonra məsələyə dərhal real reaksiya verən ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirdi. Ardınca o, Milli Məclisin sədri Sahibə Qafarova başda olmaqla bütün həmkarlarına diqqət və həssaslığa görə təşəkkürünü ifadə etdi.

Deputat bildirdi ki, törədilən bu kimi hadisələr nə bizim dövlətimizi sarsıda, nə də dövlət yolunda çalışan insanları tutduğu yoldan çəkindirə biləcək. F.Mustafa dövlət təhlükəsizlik qurumlarının fədakar əməkdaşlarının fəaliyyətini də xüsusi qeyd etdi.

Daha sonra deputat Laçına qayıdışdan danışdı, bildirdi ki, bu, çox böyük tarixi hadisədir. “Bu fakt bir daha təsdiqlədi ki, ölkə prezidenti hansı hədəflər qoyursa, müvafiq querumlar bu hədəfləri addım-addım gerçəkləşdirir” -F.Mustafa söylədi.

Deputat təklif etdi ki, ayrı-ayrı dövlət qurumları orda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası üçün müəyyən mexanizmləri təqdim edək. Bələdiyyələr, pensiya təminatı və sairlə bağlı təklifləri ünvanlamağı zəruri sayan millət vəkilinin sözlərinə görə, ermənilər təklif olunan bu mexanizmləri qəbul etməyə bilərlər. Amma bütün danışıqlarda Azərbaycan bunu öz avantajı kimi təqdim etməlidir.

Elşad Paşasoy, Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR