İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa general Nəcməddin Sadıkovu açıq şəkildə suçladı: ''Günahkardır!''

Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında öncə dövlət başçısını doğum günü münasibətilə təbrik etdi.

MM üzvü bildidi ki, bu günlərdə Azərbaycanın müdafiə naziri Türkiyədə olarkən maraqlı etirafda bulundu. F.Mustafa nazirin Şuşa əməliyyatı ilə bağlı planı Prezidentin geri çevridiyini və öz planını masaya qoyduğu barədə dediklərini xatırlatdı.

Deputat dedi ki, bu etiraf ölkə Prezidentinin həm də çox yüksək səviyyəli hərbi mütəxəssis olduğunu sübut etdi və Şuşanın azadlığı əməliyyatı dövlət başçısının hərbi zəkasının məhsuludur. Deputatın sözlərinə görə, yaxşı ki, Şuşa əməliyyatı bizim müdafiə nazirinin hazırladığı plan üzrə keçirilməyib. “Kaş ki, aprel döyüşlərində, Tərtər hadisələrində də bu planları geri çevrirərdi. Geri çevrilməyən planlar bir çox hallarda xüsusi təyinatlıların, bizim qəhrəman əsgər və zabitlərin itkisinə səbəb oldu”.

F.Mustafa dedi ki, bizdə gedənin dalınca danışmazlar sözü var, amma bir çox hallarda gedənlər öz rahat həyatını yaşayırlar. Deputat bu günlərdə keçmiş əməliyyat rəisinin müsahibə verdini, ağır itkilərlə müşayiət olunan hadisələrin başında kimlərin durduğunu dedi, hətta birbaşa Nəcməddin Sadıqovu suçladı. “İndi biz burda hakimlərin təqdimatı məsələsinə baxacağıq. Maraqlıdır ki, bizim hüquq mühafizə orqanları ya keçmiş əməliyyat rəisini, ya da baş qərargah rəisini ittiham etməliyik. Bunu etməliyik ki, şəhid olan hərbçilərimizin haqqını qaytaraq” - deputat əlavə etdi.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR