Onlayn ictimai-siyasi qəzet
Rəqqasə Fatimə Fətəliyeva ad günü məclisindən sonra səhhətində problem yarandığını açıqlayıb.
Musavat.com xəbər verir ki, sənətçi buna görə verilişlərə qatıla bilmədiyini qeyd edib:
"Ad günümdən bu yana soyuqlamışam. Dəhşət xəstələnmişəm. Yıxılsam, məni qaldıran olmayacaq. Ona görə də yıxılmıram, məcburam. Məclislərim var. Aparıcılara deyirəm ki, məndən inciməyin. Ad günümdən sonra iki verilişə getdim, söz vermişdim. Sizi çox istəyirəm, heç kimə yuxarıdan aşağı baxmıram. Özümə gəlim, sonra efirə çıxacağam. Mənə istirahət lazımdır, çox yorğunam".
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ