Onlayn ictimai-siyasi qəzet
"Əş-Şabab"ın baş məşqçisi Fatih Terimin ilk transfer hədəfi məlum olub.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, türkiyəli mütəxəssis "Fənərbağça"da çıxış edən Cengiz Ünderin xidmətində maraqlıdır.
Fatih Terim Cengizlə danışıb və onu komandasında görmək istədiyini bildirib. 27 yaşlı vinger özü də təklifə isti yanaşır.
"Fənərbağça" da transferin əleyhinə deyil. İstanbul klubu futbolçunun yüksək maaşından qurtulmaq istəyir. Təcrübəli oyunçunun illik maaşı 3,7 milyon avrodur.
Qeyd edək ki, "Fənərbağça" Cengiz Ünderi ötən ilin yayında "Marsel"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Superliqa təmsilçisinin heyətində beş rəsmi matçda meydana çıxıb. O, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
05 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ