Onlayn ictimai-siyasi qəzet
Məşhur türkiyəli mütəxəssis Fatih Terimlə bağlı yeni xəbər yayılıb.
Musavat.com Offsideplus.az-a istinadən xəbər verir ki, 70 yaşlı çalışdırıcı Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ilə anlaşdığı bildirilir. Məlumata görə, tərəflər 3 illik müqavilə barədə razılığa gəlib. Terimin illik 20 milyon avro məvacib alacağı qeyd edilib.
Qeyd edək ki, transfer dövründə "Əl-Əhli" rəhbərliyi Edouard Mendi, Riyad Mahrez, Allan Saint-Maximin, Frank Kessie, Roger İbanez, Merih Demiral və Qabri transferi üçün təxminən 200 milyon avro xərcləyib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ