Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib.
Bu barədə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib.
O bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib.
“Həkim məsləhəti ilə səsin qorunması üçün konsert bitən müddətə kimi Xalq artisti toy məclislərində yalnız yarımsaatlıq çıxışlarla iştirak edəcək”, - Cabir Əliyev qeyd edib.
Qeyd edək ki, Faiq Ağayev özəl məclislərdə və toylarda yarımsaatlıq çıxış üçün yeni, xüsusi şou hazırlayıb. Sənətçi 12 nəfərlik heyətlə - rəqs qrupları və musiqiçilərlə birlikdə səhnə alır. (olay)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ