İnsanlara hürriyət, millətlərə istiqlal!

Faciəvi şəkildə ölən Türkan nişanlı imiş - VİDEO

Gəncədə əməliyyata hazırlaşan gənc qız əməliyyat masasına çatmadan dünyasını dəyişib.

Musavat.com Xəzər TV-yə istinadən məlumat verir ki, 23 yaşlı qız xəstəxanada vəfat edib.

Hadisə şəhər ərazisində yerləşən özəl klinikalardan birində qeydə alınıb. Fevralın 10-u tibb müəssisəsinə müraciət edən Türkan Balakişizadənin əməliyyatdan öncə halı pisləşib. Xəstə reanimasiya otağına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Balakişizadənin həyatını xilas etmək mümkün olmayıb, o, dünən xəstəxanada vəfat edib.

Yaxınlarının verdiyi məlumata əsasən, daha əvvəldən Türkanın səhhəti ilə bağlı heç bir problemi olmayıb, əməliyyatdan öncə isə lazım olan bütün müayinələrdən keçib.

Gənc qızın dəqiq ölüm səbəbi hələlik məlum deyil, xəstəxanadan məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, Türkan nişanlı olub, yaxın zamanlarda toyu olacaqdı.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR